Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:09

Afinada polislə nümayişçilər toqquşub


Yunanıstanın paytaxtı Afinada polislə nümayişçilər arasında toqquşma olub.

Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hökumətin yeni iqtisadi tədbirlər paketinə qarşı keçirilən nümayişdə 20 minədək adam iştirak edib.

Eyni vaxtda Yunanıstanda 24 saatlıq ümummilli tətil keçirilir.

Dövlət müəssisələri və ictimai nəqliyyat işləmir, təyyarə reysləri təxirə salınıb.
XS
SM
MD
LG