Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

Karzaiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanıb


Əfqanıstanda prezident Hamid Karzaiyə sui-qəst hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanıb.

Bu barədə Əfqanıstanın daxili işlər nazirliyi xəbər verir.

Son aylarda Əfqanıstanda prezidentin bir sıra yaxın tərəfdaşı qətlə yetirilib.

Sentyabrın 20-də isə keçmiş prezident Burhanuddin Rabbani öldürülüb.

O Talibanla dialoq yaratmaq istəyən xüsusi komissiyanın rəhbəriydi.

İyulda isə prezidentin qardaşı,tanınmış siyasətçi Ahmad Vali Karzai və bundan bir neçə gün əvvəl prezidentin müşaviri Jana Muhammad öldürüldü.
XS
SM
MD
LG