Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:43

Əfqanıstan prezidentinin Hindistana səfəri davam edir


Əfqanıstan prezidenti Həmid Kərzainin Dehliyə səfəri davam edir.

Onun dünən hindistanlı həmkarı Monmahan Sinqlə görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Həmid Kərzainin Pakistanın ənənəvi rəqibi olan Hindistana səfəri Kabillə İslamabad arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.

Əfqanıstanla Birləşmiş Ştatlar Pakistan kəşfiyyatını bu ilin sentyabrında Kabildə keçmiş prezident Rabbaninin qətlində əli olmaqda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG