Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Brüssüldə NATO ölkələri müdafiə nazirlərinin toplantısı başlanır


Müdafiə sahəsinə xərclər ciddi ixtisar ediləcək və Birləşmiş Ştatlar NATO-nun hərbi proqramlarının maliyyələşdirilməsindəki kəsiri doldura bilməyəcək.

Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta Brüsselə səfəri zamanı deyib.

Leon Panetta müttəfiqləri daha sıx əməkdaşlığa çağırıb.

Bu gün Brüssüldə NATO ölkələri müdafiə nazirlərinin toplantısı başlanır.

Görüşdə Liviya və Əfqanıstanda keçirilən hərbi əməliyyatlar və bu hərbi kampaniyalar zamanı ortaya çıxan problemlər müüzakirə olunur.
XS
SM
MD
LG