Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27

Daniel Shechtman Nobel mükafatı aldı


Kimya sahəsi üzrə Nobel mükafatının sahibi bəlli olub. İsraildən olan alim Daniel Shechtman kvazikristalların kəşfinə görə bu mükafata layiq görülüb.

Bundan öncə tibb və fizika sahəsi üzrə Nobel mükafatı qaliblər bəlli olub, dördüncü və beşinci günlər isə ədəbiyyat və sülhə görə mükafat alanların adları açıqlanacaq. İqtisadiyyat sahəsi üzrə mükafat qalibi isə oktyabrın 10-da məlum olacaq.

Nobel mükafatı dəyərli elmi tədqiqatlar,inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhvəyə görə verilən nüfuzlu beynəlxalq mükafat. 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilib. Bu mükafat 1901-ci ildən verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG