Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

Dunya Miyatoviç həbsdə olan gənclərlə görüşməyə ümid edir


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç həbsdə olan bloqqerlər Cabbar SavalanBəxtiyar Hacıyevlə görüşəcəyinə ümid edir. O, bunu Vaşinqtonda Turan-ın müxbiri ilə söhbətində deyib.

Dunya Miyatoviç Azərbaycan da daxil olmaqla, ATƏT regionunda medianın çətinləşən durumunu ABŞ rəsmiləri ilə müzakirə edib. O, söz və internet azadlığının boğulduğu Azərbaycan, Qazağıstan və Türkmənistan kimi ölkələrin rəsmilərinə media əhlini susdurmağa sərf etdikləri enerji və maliyyə imkanlarını ictimai təhsilə və cəmiyyəti məlumatlandırmaya yönəltməyi tövsiyə edir:

«Bəzən mənimlə görüşən prezidentlər və xarici işlər nazirləri mənə jurnalist olmayan bloqqerləri müdafiə etdiyimi irad tuturlar və məsləhət görürlər ki, o bloqqerlərə necə yazmağı öyrədim. Amma hər kəsin öz işi var. Şəxsən mən öz mandatıma görə cavabdehəm».

«HÖKUMƏTLƏR İNTERNETDƏN QORXMAMALIDIR»

Miyatoviç qeyd edib ki, hökumətlər internetdən qorxmamalıdır, əksinə ona cəmiyyətin güzgüsü kimi baxmalıdırlar.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç İlham Əliyevlə görüşü. 11 may 2011
O, təəssüflə bildirib ki, ATƏT boyunca söz azadlığını boğan hakimiyyətlər «ərəb baharı» dərslərini düzgün anlamayıblar. Belə ki, onların hədəf aldığı insanlar inqilab edən yox, internetdən sadəcə öz fikirlərini ifadə etmək üçün platforma kimi istifadə edənlərdir.

Miyatoviç xatırladıb ki, Finlandiya və Estoniya kimi dövlətlər internet azadlığını öz konstitusiyalarında təsbit etdiyi bir halda, Azərbaycanda vətəndaşlar bu azadlıqdan bəhrələnmək istəyərkən həbs olunurlar.

Dunya Miyatoviç Vaşinqtona səfəri çərçivəsində Corc Vaşinqton Universitetiinin tələbələri qarşısında ATƏT ölkələrində təqiblərə məruz qalmış İnternet istifadəçiləri və jurnalistlər barədə məruzə edib. Çıxışının böyük hissəsini Azərbaycanda vəziyyətə, əsasən bu yaxınlarda azadlığa çıxmış Eynulla Fətullayev, Adnan HacızadəEmin Milliyə həsr edib.

Julian Assange
«WIKILEAKS MƏLUMATLARININ YAYILMASI BİR ÇOX İNSANIN HƏYATINI TƏHLÜKƏYƏ SALIB»

Tələbələrin «nə üçün Julian Assange-i müdafiə etmədiniz» sualının cavabında Miyatoviç deyib ki, onun məsuliyyətsizliyi nəticəsində Azərbaycan və Ermənistan da daxil olmaqla, bəzi ölkələrdə Wikileaks-in məlumatlarının yayılması bir çox insanın həyatını təhlükəyə salıb.

Cabbar Savalan 2011-ci il fevralın 5-də Sumqayıtda saxlanılıb. Polis onun üstündən 0.7 qram narkotik maddə tapıldığını bildirb. Barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaxınları isə bu ittihamı saxta sayır və bildirirlər ki, Cabbar Savalanın saxlanması onun siyasi fəallığı ilə bağlıdır.

Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə hərbi xidmətdən yayınma ittihamı ilə həbs edilib. Həmin ittihamla bu ilin mayında iki illik həbs cəzası alıb.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Bəxtiyar Hacıyev ötən ilin parlament seçkilərində deputatlığa namizəd olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG