Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Gənclərin xaricdə təhsil alması üçün 15 milyon manat ayrılır


Gənclərin xaricdə təhsil alması üçün bu il Dövlət Neft Fondundan 15 milyon manat vəsait ayrılıb.

Bu barədə Təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Nazir müavini deyib ki, həmin vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur:

«Elə tələbələrimiz var ki, il ərzində onların yaşayış və təhsil xərclərinə 50-60 min avro xərclənir».

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycandan kənarda 10 minə yaxın təhsil alan var. Onlardan çoxu öz vəsaiti hesabına təhsil alır. Ümumiyyətlə isə xaricdə təhsilə ictimaiyyətdə maraq böyükdür. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG