Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:18

Rusiya Suriyaya qarşı qətnaməni "qəbulolunmaz" sayır


Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyanı kəskin tənqid edən son qətnamə layihəsini “qəbulolunmaz” adlandırıb.

Rusiya Xarici İşlər nazirinin müavini Gennady Gatilov deyib ki, sanksiyalara işarə vuran ifadələrin son anda qətnamədən çıxarılması da, indiki mətn qəbuledilməzdir. Amma nazir müavini Rusiyanın qərarı veto edib-etməyəcəyini açıqlamayıb.

Avropa dövlətləri sözügedən qətnaməni bu gün axşam səsverməyə çıxarmağı planlaşdırırlar. Qətnamədə Bashar al-Assad rejiminin etirazçılara divan tutduğuna görə cavab tədbirləri ilə hədələnir.
XS
SM
MD
LG