Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:28

Avropa Birliyi Yunanıstana yardımı təxirə saldı


Avropa Birliyi Yunanıstana maliyyə yardımının növbəti tranşını təxirə salıb. Oktyabrın 4-də Luksemburqda keçirilən Maliyyə nazirlərinin toplantısında qərara alınıb ki, öncə beynəlxalq auditorların Yunaıstanın maliyyə sistemində yoxlamaları başa çatmalıdır.

Hazırda auditorlar rəsmi Afinanın büdcə kəsirini azaltmaq yetərincə islahat aparıb-aparmadığını araşdırıb. Və bu araşdırmanın nəticəsindən asılı olaraq 8 milyard avroluq maliyyə yardımı haqda qərar veriləcək.

Yunanıstan bəyan edib ki, əgər bu yardım edilməsə noyabrın ortasına qədər dövlətin pulu qurtaracaq və öhdəliklərini yerinə yetirə bilməyəck.
XS
SM
MD
LG