Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:16

Fizika üzrə Nobel mükafatını kainatın genuşlənməsinə kəşfinə verdilər


2011-ci ilin fizika üzrə Nobel mükafatı Saul Perlmutter, Brian Schmidt və Adam Riess-a verilib, kainatın artan sürətlə genişlənməsini kəşfinə görə.

Fizika üzrə Nobel komitəsinin sədri Borje Johansson Stockholmda bu qərarı açıqlayıb və deyib ki, “Kainatın artan sürətlə genişlənməsinin kəşfi kosmologiya elmi üçün çox vacibdir. Kainatın böyüməsi tarixini bilmək bizə onun təkamülü və taleyi necə olacağını incələmək imkanı verir”.

Əslində kainatın genişləndiyi 1920-ci ildə kəşf olunmuşdu, ancaq alimlər düşünürdülər ki, genişlənmə sürəti ilkin enerjidən asılıdır və enerji azaldıqca genişlənmə sürəti də azalır.

Ancaq Nobel mükafatını alan alimlər 6 milyard işıq ili məsafəsindəki supernova adlı yeni yaranan ulduzları müşahidə etməklə kainatın durmadan genişləndiyini sübut ediblər.

Alimlər bu kəşfə görə 1 milyon avroluq mükafatı bölüşəcəklər.
XS
SM
MD
LG