Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:03

Qurbanlıq heyvanı keyləşdirəcəklər


Belçikada bayram qabağı müvəqqəti sallaqxanalar hazırlanır


Belçikanın Antverpen şəhər şurası müvəqqəti sallaqxanalar yaratmağa hazırlaşır. Yerli və federal hökumət artıq bir neçə ildir ki, Qurban bayramı ərəfəsində bu cür tədbirlər görür.

Əvvəlki illərdən fərqli olaraq bu il müsəlmanlara keyləşdirilmiş heyvanları qurban kəsməyi məsləhət görəcəklər. Hələ ötən ildən yerli şəhər şurası bu addımı atmaq istəyirdi. Lakin keçən ilki Qurban bayramına qədər bunu üçün lazımi inzibati qərarlar hazırlanmamışdı.

Bu il isə artıq zəruri sənəd hazırlanıb. Heyvanlara daha az əziyyət vermək üçün müsəlmanlara əvvəlcədən keyləşdirilmiş qoyunları kəsmək təklif ediləcək.

Bundan əlavə, şəhərdə yaşayan müsəlmanlara təklif olunur ki, onlar qurbanlıq heyvanları özləri kəsməsinlər. Əvəzində qoyun almaq üçün lazım olan məbləği müvafiq xeyriyyə təşkilatlarının hesabına köçürsünlər ki, qurbanlıq vəsait müxtəlif ölkələrdə aclıq keçirən imkansız ailələrə çatsın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG