Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:10

Bakıda döyülən əcnəbilərin işi məhkəmədədir


Britaniyalı hüquq müdafiəçi Celia Davies

Britaniyalı hüquq müdafiəçi Celia Davies

Bakıda ABŞ vətəndaşı Amanda Erickson və Böyük Britaniya vətəndaşı Celia Daviesin döyülməsi ilə bağlı açılan cinayət işi yekunlaşıb.

Bu barədə AzadlıqRadiosuna Yasamal rayon polis idarəsinin müstəntiqi Erol Əliyev məlumat verib.

Müstəntiqin sözlərinə görə, istintaq avqustun 22-də başa çatıb, iş Yasamal Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov Nazim Hüseynov əcnəbilərin döyülməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Daxili İşlər Nazirliyi iyunun 15-dən 16-a keçən gecə Bakıda döyülən amerikalı jurnalist Amanda Erickson və britaniyalı hüquq müdafiəçi Celia Davies haqda məlumat yaymışdı.

Hadisə baş verən dövrdə Amanda Erikson və Celia Davies yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirdilər.

Amanda Erikson «Washington Post» və «New York Times» qəzetləri ilə əməkdaşlıq edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG