Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

Bakı Dövlət Universitetində tibb fakültəsi açıla bilər


Abel Məhərrəmov
Abel Məhərrəmov
Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsi açıla bilər.

Bu barədə universitetin rektoru Abel Məhərrəmov bildirib. O deyib ki, hazırda bu istiqamətdə Latviya və Türkiyə universitetləri ilə müəyyən məsləhətləşmələr aparılır:

«Dünyada elə bir təcrübə yoxdur ki, ölkədə ancaq bir Tibb Universiteti olsun. Moskva Dövlət Universitetində artıq 10 ilə yaxındır ki, tibb fakültəsi fəaliyyət göstərir. Latviya və Türkiyə universitetləri də BDU kimi klassik universitetlərdir, onlarda da tibb fakültəsi var».

A. Məhərrəmov qeyd edib ki, BDU-da belə fakültə açılarsa, yalnız tibb işçiləri hazırlanmayacaq:

«Dəqiq və təbiət elmlərini tibb elminin inkişafına yönəltmək, səfərbər etmək arzumuz var. Molekulyar biologiyanı, immunologiyanı, biofizikanı bu istiqamətə yönəltmək üçün əlimizdə zəmin olmalıdır. Tibb elminin inkişafı həkimlərlə bərabər təbiət elmlərinin üzərinə də düşür. Ona görə də belə bir fakültənin açılması vacibdir». /apa/
XS
SM
MD
LG