Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Pakistandakı hücumda 12 adam öldürülüb


Bu gün Pakistanın cənub-qərbində yaraqlıların hücumu nəticəsində azı 12 adam ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən on biri şiə, biri sünnidir.

Yaraqlılar avtobusun qarşısını kəsib. Adamları endirib sıraya düzəndən sonra atəşə tutub.

Bu haqda yerli polis idarəsindən məlumat veriblər.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.

Pakistan əhalisinin əksəriyyəti sünnidir. “Əl-Qaidə” ilə əlaqəli olan sünni yaraqlılar şiə azlığına tez-tez hücumlar edir.
XS
SM
MD
LG