Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

AzadlıqRadiosu canlı - «Nokia» mobil telefonlarında...


Əziz Azadlıqsevər!

İndi verilişlərimizi mobil telefonlarda da dinləmək olur. Bunun üçün aşağıdakı məlumatları oxu:

QEYD-1: Androidlər üçün mobil App-si buradan yüklə.

QEYD-2: iPhone, iPod Touch və iPad-lərdə də AzadlıqRadiosunun videolarına baxmaq, audioları dinləmək olur. Amma bunun üçün AzadlıqRadiosunun səhifəsini Safari browserində yox, Apple şirkətinin yeni hazirladığı Puffin browserində açmaq lazımdır. Apple store-a girib Puffin browserin app-sini iPhone, iPodTouch və iPad-inə yüklə.

«Nokia» telefonu olanlar (bu xidmət bir qədər geniş imkanlı xeyli «Nokia» modellərində var, bu barədə aşağıda məlumat verilir - qeyd edək ki, digər model telefonlarda AzadlıqRadiosunu canlı dinləmək olur, buraya tıklayın) indi GPRS və ya Wi Fi İnternetlə günün 24 saatı radiomuzu canlı dinləyə biləcəklər.

AzadlıqRadiosunu «Nokia» mobil telefonlarda dinləmək üçün telefonunuzda aşağıdakı şəkildəki Internet Radio apps - i (mobil telefonlar üçün kiçik proqram) olmalıdır.






Telefonda bu proqram yoxdursa, onu aşağıdakı kimi addım-addım telefonunuza yükləyə bilərsiniz. Bütün proses cəmi 3-4 dəqiqə çəkəcək.

Əvvəlcə «Google» axtarış sətrində «nokia internet radio» kəlməsini yazıb, axtarışa verin! Sonra aşağıdakı ünvana daxil olun!


Açılan səhifədə «Download from Ovi Store» düyməsini basıb növbəti səhifəyə daxil ol!


Yeni açılan səhifədə əvvəlcə qeydiyyatdan keçməlisən. Bu çox vaxt aparmır. Qeydiyyatdan sonra aşağıda qeyd olunan düymə ilə telefon modellərinin siyahısına daxil ol!


Növbəti addımda siyahıdan öz telefonunu seçib, Ok düyməsini bas:







Telefonun modeli həmin xidməti göstərirsə, sistem özü telefonuna pulsuz SMS yollayacaq. Bunun üçün təbii ki, aşağıdakı panelə öz mobil telefon nömrəni qeyd etməlisən:






Nokia Ovi Store sistemindən gələn SMS-dəki linki, məsələn Nokia 5530 modeli üçün bu linki (http://store.ovi.mobi/content/57159?intc=sms) telefondaca işə sal!




Bu zaman telefon özü GPRS, 3G və ya Wi Fi-la İnternetə daxil olub, Nokia Internet Radio apps-ni telefona yükləyəcək! Proqram yüklənəndən sonra onu işə sal, AzadlıqRadiosunu tapmaq üçün radioların ya dil, ya region siyahısına daxil olmalısan (hər hansı bir radionu axtarışla da asan tapmaq mümkündür), AzadlıqRadiosunu Azərbaycan radiolarının içindən - aşağıdakı siyahıdan tap:









İndi qaldı kanalı işə salmaq!



GPRS və ya 3G Mobil İnternetdən istifadə edirsənsə, sənə ucuz başa gəlməsi üçün yaxşı olar ki, qabaqcadan 100, 300, 500 MB-lıq və ya 1 GB-lıq trafik paketi alasınız ("Azadlıq"ın dalğası 32 Kbit/san ilə yayılır).

"Nokia"dan başqa "Azadlıq"ı digər telefonlarda da dinləmək olur...

Uğurlar!

Qeyd: Radiomuzu canlı olaraq İnternetdə dinləməklə bağlı sualın varsa, efir@azadliqradiosu.az ünvanına e-mail yaza və ya 436-77-40 (daxili 1355) nömrəsinə zəng et!

Şərhləri göstər

XS
SM
MD
LG