Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

Əfqanıstanda qadınlar zorakılığın əsas qurbanlarıdır


Əfqanıstanda koalisiya qüvvələrinin ölkəni tərk etməsi və hökumətin talibançılarla danışıqlarının nəticə verməməsi qadınların hüquqları ilə bağlı vəziyyəti pisləşdirə bilər.

Bu haqda beynəlxalq Oxfam xeyriyyə təşkilatının yeni hesabatında bildirilir.

Hesabatda deyilir ki, 2001-ci ildən ABŞ-ın rəhbərliyi ilə Əfqanıstanda aparılan terrorla mübarizə nəticəsində qadın hüquqları sahəsində irəliləyiş olub. Xüsusilə məktəbə gedən qızların sayı artıb. Əfqanıstan parlamenti üzvlərinin 28 faizini isə qadınlar təşkil edir.

Hesabatda deyilir ki, buna baxmayaraq qadınlar tez-tez zorakılığın əsas qurbanları olaraq qalır. Talibançilar qızların oxuduğu məktəbə tez-tez hücum edir, qadınların cəmiyyətdəki rolunu məhdudlaşdırmağa çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG