Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Yəmənin cənubunda azı 25 əsgər ölüb


Yəmənin cənubunda hərbi hava qüvvələrinin səhvi ucbatından azı 25 əsgər ölüb.

Bu barədə xüsusi xidmətdəki mənbələr, həkimlər və regional hakimiyyət xəbər verir.

Amma rəsmilər məlumatı rədd edirlər.

Yəmənin hökumət qoşunları bu ilin mayında ölkənin cənubundakı Zənciban şəhərini ələ keçirmiş islamçı yaraqlılara qarşı hərbi əməliyyatlar aparır.

Məlumatlara görə, təyyarənin bombaladığı məktəb binasında həmin vaxt hökumət qoşunlarının əsgərləri olub.

Bundan sonra isə yaraqlılar hökumət qüvvələrinin mövqeinə hücuma keçiblər.
XS
SM
MD
LG