Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Britaniya Keniyadakı vətəndaşlarına xəbərdarlıq edib


Böyük Britaniyanın hakim dairələri Keniyadakı vətəndaşlarına Somali sərhəddinin azı 150 kilometrliyinə yaxınlaşmamağı məsləhət görüb.

Britaniya hökuməti Somaliylə qonşu rayonların yaşayış üçün təhlükəli olduğunu xəbərdarlıq edir.

Bir qrup silahlı adam şənbə günü gəmiylə Lamu şəhərinə yaxınlaşaraq sahildə dincələn fransalı qadını oğurlayıblar.

Bu şəhər turistlərin sevimli istirahət yerlərindən biri sayılır.

Sentyabrın 11-də isə başqa bir yerdə ingiltərəli qadın oğurlanıb, əri isə öldürülüb.

Keniya hakimiyyəti hesab edir ki, bunun arxasında yerli əl Şabab qrupunun yaraqlıları durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG