Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:00

Suriyanın hökumət qoşunları Rastan şəhərini ələ keçirib


Suriyanın hökumət qoşunları bir neçə günlük döyüşlərdən sonra müxalifətin tərəfinə keçmiş döyüşçülər və qiyamçıların əlində olan Rastan şəhərinə nəzarəti bərpa edib.

Yerli sakinlərin sözlərinə görə bir neçə gün ərzində şəhərdə dinc sakinlər də daxil olmaqla hər iki tərəfdən azı 130 adam ölüb.

Hakim dairələr şəhərə hücumda vertalyot, tank və ağır artileriyadan istifadə edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT-nin məlumatına görə, bu müddət ərzində 3 minə yaxın adam öldürülüb.
XS
SM
MD
LG