Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:43

Liviyanın Sirt şəhərində faciəvi vəziyyət yaranıb


Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Liviyanın Sirt şəhərində faciəvi hümanitar vəziyyət yarandığını deyir.

Atəşkəs elan edilməsinə baxmayaraq, müvəqqəti milli şuranın birləşmələrilə Qaddafi tərəfdarları arasında döyüş davam edir.

Yerli sakinlər şəhəri tərk edə bilmir.

Qızıl Xaç komitəsinin məlumatına görə, şəhər xəstəxanasında dəva-dərman qıtlığı yaranıb, döyüş getdiyinə və NATO təyyarələri şəhəri bombaladığına gprə yaralıları xəstəxdanaya götürmək mümkün deyil.

Təşkilatın nümayəndəsi deyir ki, onların əməkdaşları şəhərə çatdıqdan az sonra müvəqqəti şuranın birləşmələri kütləvi hücuma keçiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG