Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Bolqarıstanda romanlara qarşı etirazlar başlayıb


Şənbə günü Bolqarıstanın paytaxtı Sofiyada 2 mkinə yaxın adam romanlara qarşı etiraz aksiyası keçirib.

Onlar yerli romanları korrupsiya və mütəşəkkil cinayətkarlıqda ittiham edirlər.

Romanlara qarşı etiraz aksiyası bir həftə bundan əvvəl Sofiyanın təxminən 160 kilometrliyində yerləşən Katunitsa kəndindən başlayıb.

Həmin vaxt baş vermiş toqquşmada 2 gənc ölüb, 5-i isə yaralanıb.

Münaqişəyə səbəb isə 19 yaşlı gəncin yerli romanların getdiyi mikroavtobusun təkərləri altında qalması olub.

Prezident Georgi Parvanovla baş nazir Boyko Borisov yaranmış vəziyyətə görə milli təhlükəsizlik şurasının təcili iclasını çağırmalı olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG