Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55

İngiltərədə avtomatlardan siqaret satılması qadağan edilir



Oktyabrın 1-dən başlayaraq Britaniyada satış avtomatlarından siqaret satılması qadağan edilir. Səhiyyə Nazirliyi bu qərarını uşaqların siqaret ala bilməsinin qarşısını almaqla izah edib. Nazirlikdən bildiriblər ki, ölkədə 18 yaşdan aşağı şəxslərə siqaret satmaq qadağan olsa da yeniyetmələr belə avtomatlardan rahatca siqaret ala bilirdilər.

Rəsmi məlumata görə Britaniyada davamlı siqaret çəkənlərin 11 faizinin 11-15 yaşı var. Rəsmilər hər il Britaniyada 200 min gəncin siqaret çəkməyə başladığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG