Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Suriya ordusu al-Rastan şəhərində müxalifətə qoşulan əsgərləri axtarır


Suriyadan fəalların verdiyi məlumata görə hökumət qüvvələri tanklar və artilleriyanın dəstəyi ilə al-Rastan şəhərinə hücum ediblər. Şənbə günü aparılan əməliyyat nəticəsində müxalifətin sıralarına qoşulan əsgərlərdən 15 nəfəri öldürülüb.

Şəhərdən şahidlər bildirirlər ki, hələ də raket səsləri kəsilmir. Ordu şəhərə daxil olub evbəev müxalifətə keçən əsgərləri axtarır.

Eyni zamanda oktyabrın 1-də İstanbulda Suriya Milli Şurası adlı qurumun 140 nümayəndəsinin iştirakı ilə bağlı qapılar arxasında görüş keçirilib. Bu qurumu müxalifət qüvvələri avqust ayında İstanbulda yaradıblar.

Suriyada ilin əvvəlindən müxalifət prezident Bashar al-Assadın rejiminə son qoyulması tələbilə etiraz aksiyalarına başlayıblar. Hökumətin aksiyaları silah gücünə yatırmaq cəhdləri hələlik nəticə vermir, yüzlərlə adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG