Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:18

İran Fələstin probleminin iki dövlət qurulması yolu ilə həllinə qarşı çıxır


İranın Ali dini lideri Ayatollah Ali Khamenei şənbə günü çıxışında İsrail-Fələstin probleminin iki dövlətin qurulması yolu ilə həllinə qarşı çıxış edib. O, bildirib ki, fələstinlilərin müstəqilliyi məhdudlaşdırılmamalı, onların ərzi bütövlüyü tam təmin edilməlidir.

Khamenei hesab edir ki, bu torpaqlar tamamilə fələstinlilərindir, orada İsraillə yanaşı Fələstin dövləti yaratmaq əslində onların müstəqilliyini məhdudlaşdırır. İsraili bir dövlət kimi inkar edən İran liderinə görə Fələstin dövləti onun ərazisinin yalnız bir hissəsində deyil, bütün torpaqlarını əhatə etməklə yaradılmalıdır.

Eyni zamanda Fələstinin BMT-yə üzv qəbul edilməsi ilk dəfə sentyabrın 30-da BMT-də müzakirəyə çıxarılıb. BMT Təhlükəsizlik Şurasında onun üzvlük məsələsinin detalları bağlı qapılar arxasında müzakirə edilib. Şuranın prezidenti, Livanın səfiri Nawal Salam bildirib ki, Fələstinin üzvlük xahişini gələn həftə hüquq ekspertləri də qiymətləndirəcəklər. Mütəxəssislər öz rəylərini iki həftə ərzində Təhülkəsizlik Şurasına təqdim edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG