Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Almaniya daha Avropada borc böhranının aradan qaldırılmasına pul verməyəcək


Bunu Almaniyanın Maliyyə naziri Wolfgang Schaeuble oktyabrın 1-də deyib. Ötən həftə Almaniya parlamenti Avropanın Maliyyə Sabitliyi Fonduna 211 milyard avro pul ayrılmasını təsdiq edib. Bu fond ümumilikdə 440 milyard avro miqdarında nəzərdə tutulur. Onun da 211 milyard avrosunu Almaniya verir.

Maliyyə naziri “Super-Illu” dərgisinə verdiyi müsahibəsində bildirir ki, artıq yetər, onlar daha bu sahəyə pul xərcləmək niyyətində deyillər.

Almaniyada hökumət ciddi tənqidlər altındadır. Bu ölkədə hökuməti Avropa Birliyinin borc böhranı ilə üzləşmiş Yunanıstan və başqa ölkələrə həddən artıq yardımda ittiham edirlər.
XS
SM
MD
LG