Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Müxalifət Yerevanın mərkəzində çadırlar qurur


Erməni Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan sentyabrın 30-da axşam «Azadlıq meydanı»nda fasiləsiz etiraz aksiyalarına başladıqlarını elan edib.

Müxalifət fasiləsiz oturaq etiraz aksiyasının hələlik bir həftə davam edəcəyini bildirir.

Ermənistan müxalifəti növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini və Seçki Məcəlləsinin dəyişdirilməsini tələb edir.

Ter-Petrosyan bildirib ki, onlar maksimalist deyillər.

«Yəni, hökumətin də istənilən ağlabatan kompromis təklifini müzakirə etməyə hazırıq», – deyə keçmiş prezident bildirib.

Hazırda Ermənistan paytaxtı Yerevanın mərkəzində müxalifətin çadırları qurulub. Müxalifət fəalları liderləri ilə birlikdə oktyabrın 1-nə keçən gecəni çadırlarda keçiriblər.

Polis bu mitinqi qanunsuz adlandıraraq onun iştirakçılarının məsuliyyət daşıdıqlarını bildirib. Amma polislə hələlik heç bir qarşıdurma olmayıb.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG