Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:07

Yəmənin prezidenti hakimiyyəti verəcəm deyir, amma bir şərtlə...


Müalicədən qayıdan prezident Ali Abdullah Saleh

Müalicədən qayıdan prezident Ali Abdullah Saleh

İyun ayında baş verən hücumda ağır yaralanan Yəmənin prezidenti Ali Abdullah Saleh “Time” jurnalı və “Washington Post” qəzetinə müsahibə verib. Səudiyyə Ərəbistanında müalicədən ölkəsinə qayıdandan altı gün sonra – sentyabrın 29-da ilk dəfə Qərb jurnalistlərinin qarşısına çıxan prezidentin müsahibəsini qısa ixtisarla təqdim edirik.

- Əvvəlcə səhhətinizlə maraqlanmaq istəyirik. Bir də bu il iyunun 2-də az qala həyatınızı itirməyinizə səbəb olan bu hücumu kimin törədə biləcəyi haqqında bir fikriniz varmı?

- Səhhətimlə maraqlandığınız üçün çox sağ olun. Hücuma gəldikdə, onun baş verməsindən bu yana biz ABŞ-la bu barədə müəyyən məlumat mübadiləsi aparmışıq. Onlar söz veriblər ki, sentyabrın sonuna qədər alınan məlumatları analiz edib öz rəylərini verəcəklər. Biz hələlik həmin rəyi gözləyirik.
- Siz hakimiyyətin ötürülməsinə dair Yəmənin Körfəz qonşuları olan Körfəz ölkələrinin hazırladığı təklifi imzalamağı müavininizə həvalə edibsiniz. Bir halda ki, artıq ölkənizdəsiniz, niyə bu sənədi özünüz imzalamırsınız? Bir də həmin sənəd imzalanma üçün tam razılaşdırılıbmı? Bu sahədə əsas problem nədir?
- Hər şeydən əvvəl onu deyim ki, vitse-prezidentə bu işin tapşırılması yerli qanunverciliyə uyğundur, mənim ölkədə olub-olmamağımın bu prosesə heç bir aidiyyatı yoxdur. Sənədin imzalnması üçün də heç bir ciddi maneə yoxdur.
- Bəs, vitse-prezident onu nə zaman imzalaycaq?
- Vitse-prezident hazırda digər tərəfi gözləyir. Biz verilən təklifi olduğu kimi imzalamağa hazırıq. Müxalifət tələb edir ki, sənədin imzalanmasından sonrakı 30 gün ərzində prezident hakimiyyətdən getsin.

Təklifdə göstərildiyi kimi prezidentin hakimiyyətdən getməsindən sonra yeni seçkinin keçirilməsi üçün irəli sürülən 60 gün müddəti isə onlar yetərli saymırlar. Onlar prezidenti hakimiyyətdən uzaqlaşdırıb ölkəni xaosa sürükləmək istəyirlər.

Biz istənilən vaxt bu sənədi olduğu kimi imzalamağa və hakimiyyətdən getməyə hazırıq. Kürsüdən ikiəlli yapışmamışıq. Razılaşmada göstərilən gün hakimiyyəti təhvil verməyə hazırıq.
- Amma yenə də çoxları hesab edir ki, əslində prosesi Siz ləngidirsiniz. Azı üç dəfə bu sənədi imzalamağa göstəriş verib, son anda geri çəkilimsiniz. Beynəlxalq təşkilatların bir çoxunun yozumuna görə bununla Siz əslində vaxt qazanıb hakimiyyətinizi toparlamağa çalışırsınız...
- Bu, yanlış fikirdir. Əgər müxalifət razılaşsa, biz bu sənədi elə yaxın saatlarda, yaxın günlərdə imzalamağa hazırıq. Biz bu prosesi uzatmaq istəmirik, ölkəni üzləşdiyi böhrandan mümkün qədər tez çıxarmağa çalışırıq. Medianın yozumlarına, səhv ideyalarına baş qoşmağına dəyməz, çünki, artıq hakimiyyətin ötürülməsi barədə qərar verilib, gec-tez bu baş verəcək.
- Və Siz hələ də növbəti prezident seçkisində iştirak etməmək vədinizə sadiqsiz?
- (Gülür) Mənə gəldikdə, mən təqaüdə çıxacam.
- Yəni, Siz indiki müxalifət liderləri ilə gələcəkdə birlikdə yaşaya bilərsiniz?
- Başqa siyasi qüvvələrlə birlikdə yaşamaq problem deyil. Amma prezidentə hücumu təşkil edənləri, iki həftə əvvəl Zubeiri küçəsində əsgərlərin və mülki şəxslərin ölümü ilə nəticələnmiş hücumu təşkil edənləri yalnız qanun qarşısına çıxarmaq lazımdır.
- Sizin etirazları yatırmaq üçün gördüyünüz tədbirlər zorakılıqla müşayiət olunmuşdu. Dinc mitinqçilərə qarşı silahdan, ağır texnikadan istifadə edilməsi Sizi beynəlxalq tənqidlərlə üz-üzə qoymuşdu. Niyə belə zorakı üsullardan istifadə edirdiniz?
- Yəməndə bu cür hallar mümkün deyil. Konstitusiya vətəndaşlara toplaşmaq, etiraz etmək hüququ verib. Amma bu cür hadisələri... Bu cür hadisələri bir qrup adam törədib. Belələri dövlətin axırına çıxmaq istəyən adamlardır. Onlar iddia edirlər ki, etirazçılara atəş açmaqla onlara etiraz edirlər.

Sanki bu bir tendensiyadır. Bəzi media orqanları rejimi dəyişməyə, hakimiyyətə millətçilərin, sosialistlərin, başqa müxtəlif hərəkatların gətirilməsinə çağırışlar edirlər.

İndi isə onlar özlərini islamçılara çeviriblər. Onlar təbliğat aparırlar ki, hakimiyyət etirazçıları boğan bir şeydir. O biri tərəfdən də özləri öz hərəkətləri ilə hakimiyyətə qarşı zorakılıq edirlər.

Biz amerikalılar və Səudiyyə ərəblərlə birlikdə al-Qaeda ilə mübarizə aparırırq. Eyni zamanda ABŞ-ın kəşfiyyatı bilir ki, Müsəlman Qardaşlığı və İslah Partiyasının al-Qaeda ilə əlaqələri var.
- Yəni, Siz hakimiyyəti indiki müxalifət liderlərinə verəcəksinizmi?
- Xeyir. Körfəz ölkələrinin təklifində açıq-aşkar deyilir ki, hazırda üz-üzə duran tərəflər yeni hakimiyyətin formalaşdırılmasından kənar saxlanmalıdırlar. Çünki əgər biz hakimiyyəti ötürsək və onlar gəlib bura çıxsalar, bu, o demək olacaq ki, biz hakimiyyət çevrilişinə təslim oluruq. Bu, vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG