Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

Türkiyəni bu sahədə nümunəvi dövlət adlandırıblar


İslam və demokratiyanı yanaşı inkişaf etdirən dövlət. Yaxın Şərq ölkələrində əhalinin əksəriyyəti Türkiyəni məhz bu cür dövlət kimi xarakterizə edib.

Türkiyənin iri İctimai və İtqsadi Araşdırmalar Mərkəzi bir neçə ölkə - Misir, İran, İraq, İordaniya, Livan, Fələstin, Suriya və Səudiyyə Ərəbistanının vətəndaşları arasında anket sorğusu keçirib.

2300 nəfərin iştirak etdiyi geniş araşdırmada respondentlər Türkiyənin demokratik və İslam dəyərlərinə nə dərəcədə sahib çıxmasına dair müxtəlif sualları cavablandırıblar.

Sorğu iştirakçılarının 66 faizi qeyd edib ki, Türkiyə İslam və demokratiyanı yan-yana inkişaf etdirə bilən nümunəvi dövlətdir.

Respondentlərin 15 faizi bu sahədə Türkiyənin uğur qazanmasını onun müsəlman ölkəsi olması ilə əlaqələndirib. Bundan əlavə, dövlətin iqtisadi uğurları, onun demokraitik quruluşa malik olması da xüsusi qeyd olunub.

Sualları cavablandıranların kiçik qismi Türkiyəni “kifayət qədər müsəlman olmamaqda” və “Qərb ilə əlaqələr qurmaqda” ittiham edib.

Respondentlərin 73 faizi hesab edib ki, son illər Türkiyənin Yaxın Şərqə təsiri kifayət qədər güclənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG