Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:11

Hərbi çağırışla əlaqədar «qaynar xətt» yaradılıb


Azərbaycanda hərbi çağırış sistemində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının alınması məqsədilə Müdafiə Nazirliyinin təşkilat səfərbərlik idarəsində «qaynar xətt» yaradılıb.

Bu barədə «APA»ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları oktyabrın 1-dən, səhər saat 09:00-dan etibarən «qaynar xətt»in 538-61-10, 539 90 28, 539 23 55 nömrələrinə zəng edə bilərlər.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən «etimad xətti»nə zəng etmələri xahiş olunur: 538-61-31, 538 61 74, 539 23 76.
XS
SM
MD
LG