Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:30

Məhkəmə Timoşenkoya vaxt verməyib


Kiyevdə Ukraynanın baş naziri Yulya Timoşenkonun işi üzrə məhkəmə debatları yekunlaşıb. Məhkəmə Timoşenkoya son sözlə çıxış etmək üçün sentyabrın 3-ə qədər vaxt verməkdən imtina edib. Hakim iki saatlıq fasilə elan edib.

Müdafiə tərəfi bildirib ki, bu, Timoşenkonun son sözlə çıxışı üçün kifayət deyil.
Yulya Timoşenko 2009-cu ildə baş nazir olduğu vaxt hökumətin razılığı olmadan Rusiya ilə qaz müqaviləsi imzalamaqda, dövlətə 200 milyon dollar ziyan vurmaqda ittiham olunur.

Dövlət ittihamçısı onun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Müxalifət Timoşenkonun həbsini siyasi sifariş adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG