Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

«Diffamasiya haqqında» qanun layihəsi Milli Məclisə daxil olmayıb


Milli Məclis

Milli Məclis

«DİFFAMASİYA HAQINDA QANUN YOXDUR»

«Avropanın 47 ölkəsindən 25-də diffamasiya haqqında qanun qəbul edilmədiyi halda biz niyə qabağa düşməliyik?..».

Milli Məclisin payız sessiyasının ilk iclasında sədr Oqtay Əsədov belə deyib. O həmçinin deyib:

«Diffamasiya haqqında qanun yoxdur. Belə bir layihə Milli Məclisə təqdim olunmayıb. Diffamasiya haqqında qanun olsaydı belə, qəbul etmək olmazdı. Bu layihə ictimai müzakirələrdən keçməliydi».

O.Əsədov bunu deputat İqbal Ağazadənin diffamasiya, siyasi partiyalar haqqında qanun qəbul edilməsi haqda təklifinə cavab olaraq deyib.

Deputat həmçinin, xaricdə yaşayan azərbaycanlılar haqda qanunun qəbuluna da toxunub.

Ondan öncə çıxış edən deputatlar Qənirə Paşayeva, Fəzail Ağamalı, İlyas İsmayılov, Fazil Mustafa isə İranda azərbaycanlıların yaşadığı ərazidə Urmiya gölünün qurumasından danışıblar.

YAP-dan olan deputat Siyavuş Novruzov İrandakı azərbaycanlıları dəstəkləməyin tərəfdarı olduğunu bildirib. Amma əlavə edib ki, onlar da öz səslərini çıxarmalıdırlar.

ZAHİD ORUC: «BAKIDA SÖKÜNTÜ QAÇQINLARI YARANIR»

Zahid Oruc
«Bu divarlar arasında ciddi debatlar, diskussiyalar olmasa, bura yaxşı arxitekturalı bina, muzey deyəcəklər. Amma parlament deməyəcəklər».

Bunu deputat Zahid Oruc sentyabrın 30-da parlamentin iclasında onun sözünü yarımçıq kəsən spiker Oqtay Əsədova deyib.

Z.Orucun iradlarına isə O. Əsədov əsəbi şəkildə cavab verib: «Zahid Oruc, mənə dərs keçməyə nə yaşın çatır, nə hüququn».

Z.Oruc çıxışında deyib:

«Azərbaycanda Ermənistandan qaçqınlar var, məcburi köçkünlər var, fəlakətdən, seldən yaranmış köçkünlər var. İndi də söküntü köçkünləri yaranır. Bakıda haranı axtarsan neft çıxar, Milli Məclisin yanından da neft çıxsa, deməli, ətrafda yaşayanlar köçürülmələdir? Əslində, buruqlar adamlar üçündür, adamlar buruqlar üçün yox».

Z.Orucun fikrincə, söküntü köçkünlərinin də Azərbaycan həyatına daxil olmasına icazə verilməməlidir. Bunun yükü də sonradan dövlətin boynunda qalacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG