Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Sirus Təbrizli Mehriban Əliyeva haqda, «xarici qüvvələr»in qısqanclığı...


Sirus Təbrizli

Sirus Təbrizli

SİRUS TƏBRİZLİ: «O ŞƏXS DƏ QƏRİBƏDİR, AİLƏNİN ÜZVÜ MEHRİBAN XANIMDIR»

«Yeni Müsavat» qəzeti hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri Sirus Təbrizlidən müsahibə dərc edib.

O, bir ailənin uzun müddət hakimiyyətdə qalması haqda suala belə cavab verib:

«Məntiqlidir ya yox, ölkə idarə olunmalıdır. Ən pis dövlət idarə olunmayan dövlətdir. Məsələn, Əfqanıstan».

Sirus Təbrizli prezident İlham Əliyevlə görüşmək istəyindən danışarkən bir məqama da toxunub:

«İkinci bir adam var, camaat inanır ki, İlham Əliyevdən sonra o da ölkəni idarə edə bilər. O şəxs də qəribədir, ailənin üzvü Mehriban xanımdır. Çünki idarə etmək asan deyil, gərək nazirlər sənə qulaq assın. Nazirlərin də iti nəfsləri var, bu, Azərbaycandır. Sənə deyim, onların yığdığı rüşvət var e, İlham Əliyev onların çoxunu xalqa işlədir. Bu divarları 10 dəfə söküb-tikirlər e, onların çoxu həmin pullardır. Özü də bir vaxt mən bunu Heydər Əliyevə məsləhət görmüşdüm ki, qoyma bu pullar bunlarda qalsın, quduracaqlar».

«ƏSGƏRİ ÇÜRÜDÜB ÖLDÜRDÜLƏR».

«Azadlıq» qəzeti Gülhanəyə aparılarkən hava limanında vəfat edən əsgər Eldar Novruzov haqqında yazıb. Əsgər tənəffüs sistemində problem yarandığına görə Hərbi Hospitalda əməliyyat olunub.

«Əsgərin burnunda olan əməliyyat uğursuz olur. Əsgərin sifəti şişməyə başlayır».

Qəzet yazır ki, bu dəfə əsgər Mərkəzi Klinik Xəstəxanada, yenə də ailəsinin hesabına əməliyyat olunur. Amma bu dəfə onun Gülhanə Hospitalına aparılması məsləhət görülür. Gerisi məlum:

«Bir neçə gün öncə mediada xəbər yayıldı ki, «Eurovision»da bizi göylərə qaldıran cütlüklərdən biri – Nigar Camal üzünü sığortaladıb. Nə az, nə çox – 1.5 milyon dollara. Bu, cəmiyyətimizin bir üzüdür... Cəmiyyətin o biri üzündə Eldar Novruzovun – Azərbaycan əsgərinin üzü çürüdü və o, dünyasını dəyişdi...».

ƏLİ HÜSEYNLİ: «BEYNƏLXALQ BOKS FEDERASİYASINA RÜŞVƏT İDDİALARI BU SİYASƏTİN TƏRKİB HİSSƏSİDİR»

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli «Yeni Azərbaycan» qəzetinə müsahibə verib. O, «xarici qüvvələr»in Azərbaycana qısqanclığından danışıb:

«Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatlarının vasitəsi ilə atılır. Bu mənada ölkəmizdə mülkiyyət hüququ ilə bağlı son vaxtlar səslənən fikirlər, eləcə də, Azərbaycan tərəfinin guya Beynəlxalq Boks Federasiyasına rüşvət verməsi kimi iddialar bu siyasətin tərkib hissəsidir…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG