Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:57

Rabbaninin qatilləri Pakistanda axtarılacaq


Sentyabrın 20-də Kabildə öz evində bomba hücumu nəticəsində öldürülən Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbaninin qatillərinin pakistanlılar olması haqqında məlumatlar var. Bunu Rabbainin öldürülməsini araşdıran istintaqçılar bildiriblər.

Əfqanıstan prezidenti Hamid Karzai yerli televiziyaya müsahibəsində bildirib ki, bununla bağlı yaxın günlərdə Pakistana xüsusi istintaq qrupu göndəriləcək. Prezident deyib ki, əgər İslamabad Rabbaninin qətlinin açılması ilə bağlı əməkdaşlıqdan imtina etsə, o BMT-yə müraciət edəcək.

Karzai onu da deyib ki, əgər Rabbaninin öldürülməsində Talibanın əli olduğu üzə çıxsa, onlarla danışıqları dayandıracaq.
XS
SM
MD
LG