Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

Timoşenko bir daha günahsız olduğunu bildirib


“Prezident Viktor Yanukoviç güclü siyasi rəqibindən qurtulmaq üçün həbsimə çalışır”. Bunu Ukraynanın keçmiş baş naziri Yulya Timoşenko məhkəmədəki çıxışında bildirib. O, bir daha ittiham üzrə özünü günahkar saymadığını bildirib.

Yulya Timoşenko 2009-cu ildə baş nazir olduğu vaxt hökumətin razılığı olmadan Rusiya ilə qaz müqaviləsi imzalamaqda, dövlətə 200 milyon dollar ziyan vurmaqda ittiham olunur.

Dövlət ittihamçısı onun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Müxalifət Timoşenkonun həbsini siyasi sifariş adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG