Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:09
Rusiyanın baş naziri və gələn ilin əvvəlində keçiriləcək prezident seçkilərində hakim partiyanın əsas namizədi olacaq Vladimir Putin yazıçılarla görüşüb.

Düzdür, görüşə hakimiyyəti ən sərt tənqid edən Sorokin kimi yazıçılar dəvət almayıb. Amma dəvət alanların arasında da Putinə naqolay sual verənlər olub.

Məsələn, yazıçı Roman Zlotnikov baş nazirdən soruşub ki, yazıçılarla görüş seçki ərəfəsində özünüreklam deyil ki?

Baş nazirin cavabı belə olub ki, seçki ərəfəsində bu tipli görüşlərə ehtiyac olmur. Sadəcə, o, mütəmadi olaraq ziyalılarla görüşlər keçirir.

Putin deyib ki, yazıçılarla görüşə “ortaya çıxan konkret suallara aydınlıq gətirmək üçün” razı olub.


Putin sualın cavabında deyib ki, hökuməti tənqid etmək olar, amma bu tənqid “konstruktiv və istedadlı” olmalıdır.

Yazıçı Mixail Veller ölkədə rus sözlərinin tez-tez əcnəbi sözlərlə əvəz edilməsi ilə bağlı narahatlığını bildirib.

Putin deyib ki, bu, onun da heysiyyatına toxunur:

“Əgər hansısa texnikumun adını dəyişib kollec qoyuruqsa, bu, bizim özümüzə inamsızlığımızı göstərir”.

Rusiyanın kitabları ən çox satılan detektiv yazarı Darya Dontsova isə deyib ki, baş nazirin bir müddət qabaq dilə gətirdiyi bir ifadə onun da, həmkarları Aleksandra Marinina və Tatyana Ustinovanın da xətrinə dəyib.

Putin Rusiya Kitab İttifaqının qurultayında demişdi ki, Rusiya vətəndaşlarının çoxu kitab alanda “yüngül əsər” seçirlər.

Dontsova bu ifadəyə etiraz olaraq “bizim arxamızda milyonlarla oxucu dayanır” – deyib.

Zaxar Prilepin
Putin buna cavab olaraq bildirib ki, detektiv və s. bu kimi janrlarda yazılmış kitabları pis ədəbiyyat saymır. Sadəcə, istəyir ki, rusiyalıların klassikaya marağı itməsin.

“Əgər sözüm elə səslənibsə, üzr istəyirəm. Vaxtilə Aleksandr Dümanı da “yüngül
ədəbiyyat istehsal edən” yazıçı sayırdılar və düşünürdülər ki, gələcəkdə onun kitabları yaddan çıxacaq.

Amma biz hamımız onun əsərlərini oxuyuruq. Mən özüm də onun kitabının (“Üç muşketyor”) dəlisi olmuşam”.

Başqa bir yazıçı – Andrey Bakonin isə Putinə təklif edib ki, ölkənin birinci şəxsləri hansı kitabları oxuduqları haqda ictimaiyyət qarşısında danışsınlar.

Dontsova isə baş nazirə irad tutub ki, onu heç zaman kitab dükanlarının açılış mərasimində görməyib.

Yazıçı Mixail Veller baş nazirdən onu da soruşub ki, Rusiyada yazıçının mövqeyi hökumətin mövqeyi ilə üst-üstə düşməyə bilərmi?

Putin sualın cavabında deyib ki, hökuməti tənqid etmək olar, amma bu tənqid “konstruktiv və istedadlı” olmalıdır. Məqsəd kimisə söymək olmamalıdır.

Yazıçı Zaxar Prilepin isə Putinin dostu, “Quvnor” şirkətinin rəhbəri Gennadi Timçenko ilə maraqlanıb.

Həmin şirkət rus neftini xaricə satır.

Baş nazir deyib ki, düzdür, vaxtilə Timçenko ilə Peterburqda birgə işləyib. Amma
Mixail Veller

onun biznesinə himayədarlıq etmir.

Timçenko biznesdə nəyə nail olubsa, öz zəhmətinin nəticəsidir.

Amma bəzi tikanlı suallar nəzərə alınmasa, baş nazirin yazıçılarla görüşü sakit axarda keçib.

Putin deyib ki, Rusiya vaxtilə dünyanın ən çox kitab oxunan ölkələrindən olub.

“Amma, açığı, indi təhlükə var ki, biz bu statusu itirə bilərik. Sosioloqların bildirdiyinə görə, bizdə, ümumiyyətlə, kitab oxumayan insanların sayı artır – onlar nə kağız, nə də elektron kitab oxuyur”.

Putin deyib ki, bununla mübarizə üçün gələn il kitabxanaların fondlarının yenilənməsinə yarım milyard rubl ayrılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG