Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

Sabah Timoşenkoya hökm oxunacağı gözlənilir


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun məhkəməsi başa çatmaq üzrədir.

Bu günkü prosesdə Timoşenkonun özü çıxış edib.

Keçmiş baş nazir 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalanarkən qanunla hərəkət etdiyini və “Qara dəniz donanması və qaznəqliyyat sistemilə” torpaq alveri etmədiyini deyib.

Timoşenko ona qarşı hökmün çoxdan çıxarıldığını və prezident Yanukoviçin təhlükəli rəqibi olduğundan ona qarşı itihamnamə oxunacağını bildirib.

Prokuror bundan əvvəl keçmiş baş nazirə 7 il həbs cəzası istəyib.

Məlumatlara görə artıq sabah hökm oxuna bilər.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.
XS
SM
MD
LG