Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:20

Məktəblərdə din dərsləri keçirilə bilər


Hacı Sabir Həsənli: "Söhbət tək namaz qılmaqdan getmir, din haqqında ümumi məlumat verilməlidir"


"Düşünürəm ki, Azərbaycanda gec-tez orta məktəblərdə dinin tədrisi ilə bağlı addımlar atılacaq”. Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Sabir Həsənli bildirib.

Hacı Sabir deyib ki, orta məktəb proqramlarına dinlə bağlı fənnin daxil edilməsi çox xeyirli olardı.Rusiyadan misal çəkən QMİ təmsilçisi bu ölkənin 19 vilayətində orta məktəblərdə din dərsləri keçirildiyini vurğulayıb:

"Rusiyada bu fənni tədris etmək üçün kadrlar hazırlanır. Bakı məktəblərindən birində də belə bir eksperiment keçirmək olar. Görək, necə effekt verəcək. Hesab edirəm ki, belə dərslər faydalı ola bilər. Düşünürəm ki, Azərbaycan gec-tez bu istiqamətdə addım atacaq”.

Hacı Sabir deyib ki, söhbət məktəblərdə namaz qılmaqdan deyil, uşaqlara din haqqında ümumi məlumat verməkdən, təkcə İslam dini deyil, digər dini cərəyanlar barədə məlumatlandırmaqdan gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG