Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

Zəvvarlar Həcc ziyarətinə oktyabrın 25-dən yola düşəcəklər


Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Bu haqda Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Həcc ziyarətinə avtobuslarla yollanacaq Azərbaycan zəvvarları oktyabrın 25-dən yola düşəcəklər. Bu il Azərbaycandan təxminən 2000 nəfər Həcc ziyarətinə gedəcək.

AzadlıqRadiosunun əvvəl yaydığı xəbərə görə, bu il Həcc ziyarətinə gedəcək avtobusların marşrutunda dəyişiklik olacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il avtobuslar İran, İraq, Səudiyyə Ərəbistanından keçəcək. Artıq İraq hökuməti Həcc ziyarətinə gedənlərin təhlükəsizliyinə təminat verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG