Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:50

Emin Milli Minnesota və Arizona Universitetlərində çıxış edəcək


Bloqqer Emin Milli

Bloqqer Emin Milli

Bloqqer Emin Milli oktyabrın 9-dan 15-ə qədər ABŞ-da, Minnesota və Arizona Universitetlərində təşkil olunan konfransda çıxış edəcək.

Bu barədə o, Facebook sosial şəbəkəsində bildirib.

«Nəhayət həbsxanadan çıxandan sonra birinci dəfə mən okeanı yenidən keçəcəm və ABŞ-a gələcəm. Hələ kitabsız yazıçı kimi «Mənim dünyaya məktubum: insan haqlarının hekayəti» adlanan konfransa qatılacam və Odlar yurdunun heykayəsini dünyaya çatdıracam» deyə Emin Milli yazır.

Emin Milli və digər bloqqer Adnan Hacızadə ilə birgə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulub. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilmişdi.

Noyabrın 19-da Salyan Rayon Məhkəməsi bloqqer Emin Millinin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb və onun azad edilməsinə dair qərar verib.

Keçmiş məhbus, blogger Emin Milli 2011-ci ilin iyununda ali təhsilini davam etdirmək üçün Azərbaycanı tərk edib.

Böyük Britaniyada Con Smit proqramı üzrə təhsil almaq hüququ qazanan Emin Milli iyunun 10-da Bakını tərk etmək istəyərkən, onu Hava limanında saxlayıb geri qaytarmışdılar.

Emin Milli hazırda Chevening proqramı çərçivəsində Londondakı Şərqşünaslıq və Afrikaşünaslıq Universitetində (SOAS) təhsil alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG