Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08
BP şirkəti Azərbaycana əlavə 20 milyard funt-sterlinq investisiya qoymaq fikrindədir.

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunuyla bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycana qoyulan investisiyaların 50%-dən çoxu Böyük Britaniya şirkətlərinin payına düşür.

Bunların əsasən neft-qaz sahəsinə aid olduğunu bildirən nazir qeyd edib ki, onun ölkəsi həmçinin Azərbaycanda maliyyə, tikinti sənayesi və digər sahələrə kapital qoymaq fikrindədir.

Nazir qeyd edib ki, təkcə BP şirkəti indiyədək Azərbaycana 20 milyard funt-sterlinq vəsait yatırıb və gələcəkdə daha 20 milyard investisiya qoymaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG