Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:52

Ət satanlara xəbərdarlıq edildi


Foto: Arxiv
Foto: Arxiv
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti ətin qiymətini süni artıran təsərrüfatlara xəbərdarlıq edib:

«Süni qiymət artıranlar barəsində qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcək».

Dövlət Xidmətinin yaydığı məlumata görə, monitorinqlər zamanı «Təzə bazar», «Keşlə bazarı», «8-ci km bazarı»nda mal ətinin 5-8 manata, qoyun ətinin 5-9 manata, Dərnəgül qəsəbəsindəki ət kəsimi və satışı məntəqəsində isə mal ətinin 5-7.5 manata, qoyun ətinin 5-5.5 manata satıldığı müəyyən edilib.

Monitorinqlərin əhatə etdiyi digər pərakəndə ticarət obyektlərində mal ətinin qiymətinin 8, qoyun ətinin qiymətinin isə 9 manat olduğu müəyyən edilib.

Yaxınlarda Kənd Təsərrüfatı naziri İsmət Abbasov ətin qiymətinin artırılması üçün hər hansı bir əsas olmadığını bildirmişdi. Nazir qeyd etmişdi ki, süni qiymət artıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Təxminən 2 ay əvvəl bazarlarda mal ətinin qiyməti 5-6, qoyun ətinin qiyməti isə 7 manat idi. Bir müddət əvvəl mal əti 9, qoyun əti isə 10 manata qalxmışdı.
XS
SM
MD
LG