Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

Bundestaq sabitlik fondunun genişləndirilməsinə səs verib


Almaniya parlamentinin aşağı palatası Bundestaq Avropa Maliyyə Sabitlik Fondunun genişləndirilməsi və Almaniyanın onda iştirakının artırılmasıyla bağlı planı təsdiqləyib.

Səsvermədə 523 deputat planın lehinə, 85-i isə əleyhinə səs verib.

Avro zonasındakı borc böhranıyla mübarizə aparmaq üçün nəzərtə tutulmuş fondun həcmini 440 milyarddan, 780 milyarda qaldırmaq nəzərdə tutulur.

Bunun 211 milyardı Almaniyanın payına düşür.

Planı avro zonasına daxil olan bütün ölkələrin parlamenti ratifikasiya etməlidir.

Finlandiya artıq sənədi dünən təsdiqləyib.
XS
SM
MD
LG