Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45
«Biz xeyli müddətdir ki, Xəzər dənizində enerji infrastrukturunun qorunması üçün Azərbaycan hökuməti ilə danışıqlar aparırıq».

Bunu sentyabrın 29-da jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) deyib.

O bildirib ki, iki tərəf dənizdə mümkün risklərin müəyyən edilməsi və ehtiyac yarandığı təqdirdə aradan qaldırılması istiqamətində təcrübə mübadiləsi aparır:

«İkitərəfli təcrübə mübadiləsi dənizdəki enerji infrastrukturunun bütün mümkün risklərdən yetərincə mühafizəsinə yönəlib. ABŞ-ın bu sahədə böyük təcrübəsi var. Meydana çıxa biləcək risklər təbii xarakter daşıya bilər. Məsələn, güclü qasırğa və ya ötən il Meksika körfəzində olduğu kimi, texnoloji risk də yarana bilər. Terror təhlükəsini də istisna etmək olmaz».

M. Brayza deyib ki, ABŞ-ın Xəzərdə qoşun yerləşdirmək planları yoxdur, məsləhətləşmələrin mahiyyəti mümkün riskləri müştərək şəkildə qiymətləndirməkdən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG