Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

Suriya ilə bağlı iki qətnamə layihəsi müzakirə olunub


BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı iki qətnamə layihəsi müzakirə olunub. Layihələrdən birini Fransa, Böyük Britaniya, Almaniya və Portuqaliya təqdim edib. Bu layihəni ABŞ dəstəkləyir.

Sənəddə bildirilir ki, Suriya hakimiyyəti dinc vətəndaşlara qarşı hərbi əməliyyatları davam etdirərsə, Bashar Assada sanksiyalar tətbiq olunacaq.

İkinci qətnamə layihəsini isə Rusiya təqdim edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaly Churkin bildirib ki, sənəddə Suriyada zorakılığa son qoyulmasına ümid edilir. Sanksiyalardan isə danışılmır.

BMT-nin məlumatına görə, mart ayından Suriyada hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 2700-dən artıq adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG