Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13
YA İSLAHATLAR, YA HEÇ NƏ

«Yeni Müsavat» qəzeti yazır ki, Avropa İttifaqı (Aİ) Azərbaycanda demokratik islahatların aparılmasına dair tələblərini sərtləşdirib və iqtidardan seçim istəyir. Gözlənilir ki, bu məsələ Aİ-nin «Şərq tərəfdaşlığı» təşəbbüsü ilə bağlı sentyabrın 29-da Varşavada başlayacaq sammitdə əsas gündəmi təşkil edəcək. Sammit ərəfəsində Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Ketrin Eşton bəyan edib ki, Azərbaycan da daxil olmaqla, bu təşəbbüsə qoşulan ölkələrin Brüsselə münasibətləri onların demokratiya sahəsində uğurlarından asılı olacaq və heç kim bunun əksini düşünməməlidir.

GƏLƏN İL SUMQAYIT TEXNOLOGİYALAR PARKINDA 4 YENİ ZAVOD AÇILACAQ

«Azərbaycan» qəzeti: Gələn il Sumqayıt Texnologiyalar Parkında (STP) fəaliyyət göstərən zavodların sayı 14-ə çatdırılacaq. Bu barədə xəbər agentlikləri «Azenco» şirkəti İdarə Heyətinin sədr müavini Zaur Məmmədova istinadən məlumat yayıb.
Hazırda ərazisi 43 hektar olan STP-də 10 zavod fəaliyyət göstərir. Bunlar Qaynar Sinkləmə, Maşınqayırma, Kabel, Plastik Borular, Alüminium Profillər, Elektron Sayğaclar zavodları və s. müəssisələrdir:

«Gələn il daha 4 zavodu istismara vermək niyyətindəyik. Onların sırasına Transformator, Alüminium və Mis Profillər, Poladtökmə və Sendviç Panellər zavodları daxildir».

Perspektivdə STP-də zavodların sayının 30-a çatdırılması planlaşdırılır. STP-nin tikinti-quraşdırma işlərini «Inter Energy» və «Azenco» şirkətləri həyata keçirir.

3-CÜ MİKRORAYON BAZARI DA SÖKÜLƏCƏK

«Azadlıq» qəzeti: Sökülməsi planlaşdırılan ünvanlardan biri də 3-cü mikrorayon bazarıdır. Rəsmi dairələrdə bazarın sökülməsini ərazinin sıxlıq olması və tıxacların yaranması ilə izah edirlər. Əslində isə səbəb tamam başqadır. Bazarın sökülməsinin başlıca səbəbi İlham Əliyev üçün tikilən iqamətgahdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG