Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:16

Fələstinin ərizəsinə sentyabrın 30-da baxılacaq


Fələstin muxtariyyətinin BMT-nin üzvlüyüylə bağlı ərizəsi təhlükəsizlik şurasının müzakirəsinə təqdim edilib.

Təhlükəsizlik şurasının xüsusi komitəsi sentyabrın 30-da bu məsələylə bağlı rəsmi iclas keçirəcək.

BMT-nin nizamnaməsinə görə, ərizəni təhlükəsizlik şurasının bütün 15 üzvü qəbul etməli və bundan sonra məsələ təşkilatın baş assambleyasının müzakirəsinə çıxarılmalıdır.

Birləşmiş Ştatlar artıq Təhlükəsizlik şurasında veto qoymaq hüququndan istifadə edəcəyini bildirib.
XS
SM
MD
LG