Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

Müxalifət liderinin həyat yoldaşı deyir ki, ərini öldürmək istəyirlər


Belarusda 5 il azadlıqdan məhrum edilmiş prezidentliyə keçmiş namizəd Andrey
Sannikovun həyat yoldaşı İrina Xalip hesab edir ki, ərini öldürmək istəyirlər.

O bunu çərşənbə günü Minskdə keçirdiyi mətbuat konfransında deyib.

Mətbuat konfransında xarici diplomatlar da iştirak edib.

Andrey Sannikov ötən prezident seçkisindən sonra kütləvi hərc-mərcliyin təşkilində itiham olunur.

Sentyabrın 20-də bəlli olub ki, Sannikovu başqa kalona köçürürlər.

1 həftədən sonra İrina Xalipə deyiblər ki, əri Vitebsk mərkəzində saxlanılır.

Xalipin sözlərinə görə orda ərinə deyiblər ki, önu ölüm təhlükəsi gözləyir.

Bu müddət ərzində ailəsi və vəkilləri Sannikovu axtarmaqda davam ediblər və

İrina Xalipin sözlərinə görə məhz bunun sayəsində əri sağ qalıb.

Sannikov Moqilevsk təcridxanasına köçürülüb.
XS
SM
MD
LG