Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

Serbiya-Kosovo danışıqları təxirə salınıb


Serbiya ilə Kosovo arasında bu günə nəzərdə tutulmuş danışıqların 7-ci mərhələsi təxirə salınıb.

Avropa Birliyinin danışıqlara vasitəçilik edən nümayəndəsi Robert Kuber ( Robert Cooper) Serbiya tərəfinin müzakirələrə hazır olmadığını bildirib.

Avropa Birliyindəki diplomatik mənbələrin məlumatına görə, Serbiya çərşənbə axşamı sərhəddə 4 NATO əsgəri və 7 Serbiya vətəndaşının yaralanmasıyla nəticələnmiş insident barədə məsələ qaldırmaq istəyib.

Rusiyanın xarici işlər nazirliyi NATO əsgərlərinin iştirakıyla sərhəd bölgəsində baş vermiş yeni zorakılıqdan təəssüf bildirib.

Rusiya hərbçiləri neytral olmağa və qanunun aliliyinə hörmətlə yanaşmağa çağırıb.
XS
SM
MD
LG