Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

«İranı hərbi zərbə gözləyir»


Nüvə silahı yaratmaq cəhdlərinə son qoymazsa İranı hərbi zərbə gözləyir. Fransanın nümayəndəsi Gerard Araud BMT-də çıxışında belə deyib.

Araud deyib ki, əgər yaxın zamanda beynəlxalq birlik İranla danışıqları yoluna qoya bilməzsə, hərbi əməliyyatın mümkünlüyü müzakirə olunacaq.

Qərb ölkələri dəfələrlə Tehranı nüvə silahı istehsal etməyə cəhddə ittiham ediblər. BMT-nin Təhlükəsizlik Şurası İran hökumətinin bu istiqamətdə işlərə son qoyması üçün bu ölkəyə dörd dəfə sanksiya tətbiq edib.

Tehran isə israr edir ki, onun nüvə proqramı sülh xarakterlidir.
XS
SM
MD
LG