Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:22

Müstəqil Azərbaycan 20 ildə, Bəxtiyar Hacıyevin Ərdoğana məktubu...


Prezident İlham Əliyev sərgi ilə tanış olur
Prezident İlham Əliyev sərgi ilə tanış olur
«MÜSTƏQİL AZƏRBAYCAN 20 İLDƏ»

«Azərbaycan» qəzeti yazır ki, Bakıda «Müstəqil Azərbaycan 20 ildə» adlı milli sərgi açılıb. Sərgidə ölkə prezidenti də iştirak edib:

«Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir».

«SİZDƏN ÖZÜMÜN YOX, XALQIMIN AZADLIĞA ÇIXMASINA KÖMƏK İSTƏYİRƏM»

«Yeni Müsavat» qəzeti həbsdə olan Bəxtiyar Hacıyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana məktubunu dərc edib. O, məktubunda Baş nazirdən Azərbaycanda demokratiya məsələlərinə diqqəti artırmağı rica edir:

«...Vətəndaşı olduğum və hazırda həbsdə saxlandığım Azərbaycanda demokratikləşmə prosesinin qarşısını almaq istəyənlər bəzən bizim müsəlman olmağımızı, bəzən də ölkəmizin gənc dövlət olduğu üçün demokratiyaya hazır olmadığını bəhanə edirlər. Zənnimcə, birinci mövqe İslama, ikincisi isə xalqımıza həqarətdir.

Azərbaycan xalqı da ən azı ərəb xalqları qədər azadlığa layiq və hazırdır. İnanıram ki, qısa zamanda xalqımızın azad, demokratik, ədalətli idarə edilən cəmiyyətdə yaşamaq kimi neməti dadması üçün bizim yanımızda olacaqsınız. Sizdən özümün həbsdən çıxmağıma yox, xalqımın azadlığa çıxmasına kömək
Bəxtiyar Hacıyev
etməyinizi xahiş edirəm».

«BAŞIMA TORBA KEÇİRİB, «BANDOTDEL»Ə APARDILAR»

«Azadlıq» qəzeti mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı ilə müsahibə dərc edib. İş adamı incidildiyini, həbs edildiyini və bir müddət vəkilsiz qaldığını söyləyir:

«Yalnız iki həftə ötəndən sonra vəkilim Aslan İsmayılov hadisələrə hüquqi müdaxilə edə bildi. Onun mənimlə görüşməyinə imkan verməsələr də, şikayətlər etdiyini öyrənmişdim. Bayıl təcridxanasına gətirildikdən sonra vəkillə görüşmək imkanım oldu. Bütün hallarda heç bir istintaq işi aparılmırdı, işimi aparan müstəntiq Emin Məmmədov gəlib üzümə baxıb gedirdi. Bu baxış da o demək idi ki, nə zaman şərtlərlə razı olacaqsan. Hər dəfə də deyirdi ki, bizi də işə salmısan, başımız ağrıyacaq, hətta ürək xəstəliyinə tutulduğunu da söylədi...».

«AZƏRBAYCANDA YENİ GƏNCLƏR ŞƏHƏRİ OLACAQ»

«Yeni Azərbaycan» qəzeti yazıb ki, Azərbaycan şəhərlərindən biri Gənclər şəhəri elan ediləcək. Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov müsahibəsində deyib ki, Azərbaycan Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər hazırlanır. Təkliflər prezidentə təqdim olunacaq:

«Noyabrda Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji gənclər düşərgəsi təşkil olunacaq...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG